Bu məqaləmiz Türkiyə bursları barədə olacaqdır.
Öncəliklə qeyd etmək istəyirəm ki, Türkiye burslarına bütün ölkələrdən müraciət etmək olar. Müraciət üçün əsas şərt məzun və yaxud cari ilin sonunda məzun olmaqdır.
Azərbaycan vətəndaşlarına müraciət müddəti adətən yanvar-fevral aylarında olur. Aprel ayı dəyərləndirmə ayıdır.
Müraciəti uyğun görülən tələbələr may ayının ilk həftəsi müsahibəyə dəvət edilirlər.
May ayının sonunda isə müsahibədən keçənlər bəlli olur.
🔺 Türkiyə burslarına başvuru üçün ilkin kriteriyalar aşağıdakılardır:
Ortalama bal bakalavr üçün ən az 100 üzərindən 70% olmalıdır.
Magistr və Doktorantura namizədlər üçün minimum akademik başarı %75 olmalıdır.
Sağlık Bilimleri (Tıp, Diş Hekimliği ve Eczacılık) namizədləri üçün minimum akademik başarı: %90 olmalıdır
Yaş kriteriyaları təhsil pilləsinə görə aşağıdakı kimidir.
Bakalavr programları için: 21 yaşa qədər
Magistratura programları için: 30 yaşa qədər
Doktorantura programları için: 35 yaşa qədər
🔺Müraciət üçün lazım olan sənədlər aşağıdakılardır :
Xarici pasport və ya şəxsiyyət
Attestat
9-10-11 ci sinif transkript
Şəkil 3X4
İmtahan nəticəsi ( varsa) ( SAT, GMAT, ALES, YÖS və s)
Sertfikatlar ( varsa)
CV
Niyyət məktubu
Referans məktubu
TQDK imtahan nəticəsi ( varsa)
Diplom və yaxud məzuniyyət aşamasında olması ilə bağlı arayış. ( Magistr və doktorantura üçün)
Transkript ( Magistr və doktorantura üçün)
Tezsiz ( Magistr və doktorantura üçün)
🔺 Bakalavr üçün təqaüd paketi:
Aylık cep harçlığı-700 TL
Təhsil haqqı
Türkçe dil dərsi (1 illık)
Yataqxana
Tibbi sigorta
Birdəfəlik təyyarə bileti
🔺 Magistratura və doktorantura üçün təqaüd paketi:
Üniversitetə və bölümə yerleştirmə
Aylıq cip xərcliyi magistr tələbələri üçün 950 TL, Doktorantura üçün aylıq- 1400 TL
Təhsil haqqı
Birdəfəlik təyyarə bileti
Tibbi siğorta
Tələbə yataqxanası
Türkçe dili dərsləri (1 illik)
🔈 Və son olaraq qeyd edim ki, müraciətlər turkiyebursları.gov.tr internet səhifəsindən edilir və şəxsən edilə bilər.