Bu yazımızda bu mövzu ətrafında qısada olsa məlumat verməyə çalışacağıq. ✅
☑Tezli Magistratura Proqramları-adətən 7-8 dərs (zorunlu və seçməli dərslər) 1 seminar dersi, 1 uzmanlıq alan dərsi ve 1 tezisdən ibarət olur. Dərslər daha çox teorik olur. Tezli Magistraturaya qebul şərtləri universitetlərə görə dəyişir. Bəzi universitetlərdə ( ODTÜ, Boğaziçi, Yıldız Teknik və s) bütün (ALES,TYS,YDS) imtahan nəticələrinə, bəzilərində sadəcə ALES, TYS-yə. ( İYTÜ, İTÜ, Anadolu və s) bəzilərində isə sadəcə TYS imtahan nəticəsinə ehtiyac duyulur. Son illər sadəcə TYS ilə qəbul edən universitet sayısı daha da çoxalmışdır. ( İstanbul, Konya Səlçuk, Atatürk, Samsun 19 Mayıs, Akdeniz və s)
Tezli proqramlara müraciət etmək üçün əksər universitetlərdə 65+ ortalama bal şərti var. Və dərslər həftə içi gündüz saatlarında keçirilir.
İllik təhsil haqqları isə 200-2200 azn arası dəyişir.
☑ Tezsiz Magistraturada isə təhsil haqqı illik 400 -1500 USD arası dəyişir.
Tezsiz Magistratura programları isə ümumilikde 10-15 dərs ve 1 bitirmə projesinden ibarətdir. Dərslər daha çox praktikaya yönəlikdir. Ortalama bitirmə müddəti il yarımdır. Tezsiz magistratura programları üçün mütləq əksəriyyət universitetlərdə TYS imtahan nəticəsinə ehtiyac var. Dərslər adətən həftə içi axşam saatlarında olur.
Akademik kariyera üçün tezli magistratura edilməsi şərtdir.
Tezli Magistratura oxumadan doktora oxumaq mümkün deyil. Tezsiz təhsilin üstünlüyü isə, dərslərin daha rahat, daha praktik olması, işləmək istəyən tələbələrə dərs axşam saatlarında olduğu üçün uyğun olması ile seçilir.
