Qardaş Türkiyə fərqli mədəniyyətlərin bir yerdə yaşadığı, köklü bir keçmişə sahib ölkədir. Bildiyimiz kimi coğrafi nəzərdən tam bir körpü rolunu oynamaqdadır.
Türkiyədə özünüzü eyni zamanda həm evdə həmdə, xarici vətəndaş kimi hiss etməyiniz mümkündür. Türkiyədə fərqli mədəniyyətlərə qarşı tolerantlıq hakimdir. İnsanları fərqli mədəniyyətlərə hörmət etdiklərini dostcanlısı olduqlarını görə bilərsiniz. İqlimi, təbiəti,tarixi,mədəniyyəti şəhərdən şəhərə dəyişir.
Həyat Xərcləri:
Digər ölkələr ilə müqayisə etsək, Türkiyədə həyat xərcləri daha aşağıdır. İstanbul kimi böyük və bahalı bir şəhərdə də çox uyğun qiymətlərlə yaşamaq seçimləriniz mövcuddur. Digər Türkiyənin regionlarında isə həyat xərcləri İstanbul-dan daha da uyğundur. Dövlət universitetlərinin illik təhsil haqqları digər ölkələrlə müqayisədə yüksək deyildir. Türkiyənin bəzi dövlət universitetlərin hətta təhsil haqqları 200 AZN-dən başlayır. Özəl universitetlər isə Avropa və Amerikadakı universitetlərə nisbətdə olduqca uyğun təhsil haqqı istəməkdədir.
Təhsil və Araşdırma:
Türkiyə əsrlərdir akademik müvəffəqiyyətlərə ev sahibliyi etmiş bir ölkədir. Akademiklər təkcə elmi müvəffəqiyyətləriylə deyil , eyni zamanda tələbələrinə dəstək olmaları ilə də məşhurdurlar. Bir çox ən son texnologiyalara sahib orta ümumtəhsil məktəbləri və universitetlər mövcuddur. Humanitar elmlərdən sənətkarlığa, tibbdən mühendislik ixtisaslarına qədər hər mövzuda keyfiyyətli bir təhsil almaq mümkündür.
Təcrübə:
Fərqli bir ölkədə, fərqli bir mədəniyyət içində yaşamaq həyatınızda çox qısa bir zamanda gözəl təcrübələr əldə etməyinizə səbəb olur və daha məhsuldar bir professional, sosial və akademik həyata qapılar açır. Əlbəttə, dünya görüşünüz də zənginləşir.
Türkiyə Asiya ilə Avropa, Afrika və Rusiya, Balkanlar və Yaxın Şərq arasında bir körpü rolunu oynayır.Türk dilini öyrənə bilər və yeni dostluqlar qazana bilərsiniz.
Dəyərli gənclər, sizi Türkiyənin nüfuzlu dövlət universitetlərində bakalavr və eyni zamanda Magistr pilləsində təhsil almağa dəvət edirik!