Niyə Biz?

Bu yola çıxdığımız ilk gündən əsas məqsədimiz Türkiyədə təhsil almaq istəyən dostlarımıza yüksək səviyyədə xidmət göstərmək, onlara hədəflərinə çatmaqda birbaşa kömək etmək olmuşdur. 7 illik fəaliyyət müddətimizdə 500-dən çox gəncimizin Türkiyədə təhsil almasına vəsilə olmuşuq. Təsadüfi deyil ki, artıq Türkiyənin 30-dan çox şəhərində bizim tələbərimiz təhsillərini davam etdirirlər. Bizə müraciət edən gənclər bu gün bizim müştərimiz sabah isə dostlarımızdır.


Digər təhsil şirkətlərindən fərqli olaraq biz tələbərimizə daha uyğun qiymətə daha keyfiyyətli xidmət təklif edirik.


Belə ki, tələbələrimizin Türkiyə Universitetlərində sadəcə qəbul və qeydiyyatını aparmırıq. Onların yataqxana və yaxud evlə təmin olunmasınada yardımçı oluruq. Xidmətimiz bununla bitmir. Tələbələrimizin Türkiyədə siğortalanması və miqrasiya müraciəti də (Oturma izni) biz tərəfdən aparılır.
Son olaraq qeyd etmək istəyirəm ki, qəbullar imtahansız həyata keçirilir və Türkiyədə alınan diplomlar ( qiyabi təhsil istisna ) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınır.