Artıq tələbələrimiz 1-ci dönəmin sonuna gəldi. Final imtahanları başlayır. Bəzi universitetlərdə hətta başladı belə.Bu məqalədə onlara məsləhət xarakteri daşıyacaqdır.
Öncəliklə bunu qeyd edək ki, universitet ortalaması- universitetdə dərslərimizdə nə qədər uğurlu olduğumuzun göstəricisidir. Bu göstəricini əldə etmək üçünsə imtahanlara yaxşı hazırlaşmaq lazımdır.
İmtahanlara hazırlıqda ən çox istifadə edilən metod son gün imtahana hazırlaşmaqdır.
Ancaq bir gün 10 saat dərs oxumaq, heç vaxt 5 gün müntəzəm 2 saat oxumaqdan yaxşı deyildir. Çünki beyin hər kəsdə bir gün içində o qədər informasiyanı eyni hecmde saxlayacaq gücdə deyildir. İmtahana hazırlaşmağın ən gözəl yolu semestr boyunca gündəlik hazırlaşmaqdır. Yox əgər belə etməmisinizsə ümid edirik ki, aşağıdakı praktik yöntəm işinizə yarıyacaqdır.
- İmtahan elanından sonra (ümümi götürsək imtahana 1 bir həftə qala) önce bütün mövzular, yeterli vaxt içinde oxunur, çalışılır. Əsas yerlərin ( key words) altından xətt çəkilir.
- İlk oxumadan sonra bir dəyərləndirmə edilir, anlaşılmayan yerlər yenidən oxunulur, lazım gələrsə müəllimlərə və qrup yoldaşlarından soruşulur. Və beləliklə informasiya təkrarlanaraq beyində “otuzdurulur” testlər edilir, yazılı şəkildə yazila biləcək bir formaya gətirilir.
- İmtahandan 1 gün öncə öyrədiklərimizi sürətli şəkildə yenidən gözdən keçirmək lazimdir. Bu imtahan günü erkəndən etməkdə faydalı ola bilər.
Unutmayın dostlar! Sadece plansız dərs oxuyan tələbələr imtahan vaxtı kitablara sarılar. Planlı oxuyan tələbələrinsə uğur həmişə yanındadır.