Haqqımızda

Bizi daha yaxından tanıyın

Tariximiz

“EDUCO-Education & Consulting” dekabrın 15-i 2020-ci ildə təsis olunmuşdur.
Şirkət ad olaraq təhsil bazarında yeni olsada, 9 illik təcrübəyə sahibdir. Beləki, şirkətin təsssiçisi Rəşad Abbasov müxtəlif illərdə, fərqli şirkətlərdə Türkiyədə təhsil üzrə mütəxəssis olaraq çalışmış, 9 il illik fəalliyəti dönəmində 1200-dən çox tələbənin Türkiyədə təhsil almasına vasitəçi olmuşdur.
EDUCO- azərbaycanlı gənclərin doğru təhsil bələdçisi olmaq məqsədi ilə təsis edildi. Gənclərə xaricdə təhsil, düzgün ixtisas seçimi və karyera qurmalarında dəstək olmağı amaclayan EDUCO-nun simvolu Xarıbülbül gülüdür. Dünyanın heç bir yerində rast gəlinməyən xarıbülbül təbiətdəki ən böyük möcüzələrdən biridir. Qarabağın rəmzi olan Xaribülbülü ona görə simvol olaraq seçdik ki, konsultasiya verdiyimiz tələbələri xaricdə təhsil almağa və onların yenidən Azərbaycana qayıdaraq, vətənə xidmət etməsinə təşviq edək.
Eyni zamanda məqsədimiz- Xarıbülbülün xarici ölkələrdə təbliğatını təmin etmək, onu dünyaya tanıtmaqdır.
Və həmçinin bildiyiniz kimi, Xarıbülbül Vətən Müharibəsində şəhid olan əsgərlərimizi və qazilərimizi simvolizə edir.
“EDUCO-Education & Consulting”-in xaricdə təhsil xidmətləri şəhid və qazi ailələrinə tam pulsuz olacaqdır. Biz bir ömür onlara borcluyuq.