Pandemiyanın gətirmiş olduğu maddi sıxıntılar 2020-ci ilin əvvəlində Türkiyədə təhsilnən bağlı müraciətlərin əvvəlki illərə nisbətən aşağı olacağı gözləntisi yaratmışdı. Amma çox maraqlıdır, bu baş vermədi. Artıq 3-cü ildir ki, yenə bizə olan müraciət sayısı 100-ü keçdi. Türkiyədə təhsil almağı arzulayan əksər gənclərimiz planlarını ertələmədi. Düşünürəm ki, doğru qərar verdilər. Çünki təhsilə xərclənən vəsait xərc deyil, özümüzə yatırmış olduğumuz sərmayədir.
Əslinə pandemiya özü ilə müəyyən asanlıqlarda gətirdi. Beləki, əksər universitetlərdə qeydiyyatlar onlayn etdi. Həmçinin tələbələrimiz Türkiyəyə getmədən artıq dərslərə onlayn başlaya bildi. Buda maddi olaraq, tələbələrimizin xərclərinə qənaət etməsinə gətirib çıxardı.
2020 ci ildə Türkiyənin 20-ə yaxın dövlət universitetlərinə ( İstanbul, Hacettepe, Otdü, Ankara, Marmara və s) 10-a yaxın özəl universitetə ( Bahçeşehir, Üsküdar, Haliç, Gelişim, İstanbul Kültür və s) tələbə qəbulu apardıq.
Nəticələrimizin yüksək olmasından qürurluyuq.
2021-ci ildə də bizə müraciət edəcək tələbələrin ümidlərini doğruldacağımız inanımız böyükdür.
Son olaraq, Türkiyə də təhsil alan tələbələrimizə təhsil həyatinda uğurlar arzu edirik. Uğurunuz uğurumuzdur!
